Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
Hadisə
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
İlkin məlunata görə, təxminən 40-45 yaşlarında kişini avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərhum Şirvan şəhər sakinidir. O, avtomobili yol kənarında saxlayaraq yolu qarşı tərəfə keçmək istəyib. Qəza yerinə yol-polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb. (Teleqraf)