Goranboyda dəhşətli insident - SAXLANILAN VAR

Goranboyda dəhşətli insident - SAXLANILAN VAR Hadisə

Goranboy rayonunun Dəliməmmədli şəhərində döyülmə ilə nəticələnən hadisə qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə dəmiryolu stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Əli Əliyev dostu ilə birlikdə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisəni həll etmək üçün onlar stansiya yaxınlığına gəlsələr də, bu zaman dava baş verib. Nəticədə Əli Əliyev tanışı tərəfindən döyülərək ağır xəsarətlər alıb.

Yaralı dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, ona qapalı kəllə-beyin travması, göz nahiyəsində hematoma və başın təpə hissəsində kəsilmiş yara diaqnozu qoyulub. Hazırda vəziyyəti ağırdır və reanimasiya şöbəsində müalicəsi davam edir.

Araşdırma zamanı məlum olub ki, hadisəni 41 yaşlı Elçin Ağalı törədib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Zərərçəkənin yaxınları bildiriblər ki, tərəflər yaxın ailəvi dost olublar. Qonşular isə hər iki şəxsin sakit insan kimi tanındığını deyiblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.