Goranboyda qəzada yaralananların kimliyi bilindi – Yeniləndi
Hadisə
Goranboyda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi bilinib.
News24.az xəbər verir ki, qəza zamanı Elnur Əliyev (1986), Hüseyin Əliyev (2010), Maqsud Gəncəliyev (1997) və "VAZ2107" markalı avtomobilin sürücüsü Arzu Əsədov (1997) müxtəlif dərəcəli bədən xəsarərləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma başlanılıb. (Teleqraf)
***22:57
Goranboyda yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolununun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, qəza zamanı üç nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma başladılıb. (Teleqraf)