Goranboyda yeniyetmə dəm qazından zəhərləndi
Hadisə
Goranboyda 13 yaşlı yeniyetmə dəm qazından zəhərlənib.
News24.az xəbər verir ki, hadisə rayonun Məşədiqaralar kəndində qeydə alınıb.
Belə ki, 13 yaşlı kənd sakini Nərminə Cəfərova hamam otağında olarkən dəm qazından boğulub. Yeniyetmə dərhal Goranboy Rayon Mərkəzinə Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən sorğumuza şifahi olaraq bildirildi ki, Nərminə Cəfərova yaxınları tərəfindən xəstəxanaya gətirilərkən həyat əlamətləri müşahidə olunmayıb. Həkimlər tərəfindən yeniyetmənin ölüm halı təsdiqlənib.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz