Görədildə dənizdə batan 5 nəfər xilas edildi

Görədildə dənizdə batan 5 nəfər xilas edildi Hadisə

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 5 nəfər xilas olunub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.