Göyçayda piyadanı maşın vurdu

Göyçayda piyadanı maşın vurdu Hadisə

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Potu kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “VAZ-21010” markalı minik avtomobili piyadanı vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. (Qafqazinfo)