Göyçayda qətl: ər kafedə həyat yoldaşını öldürdü

Göyçayda qətl: ər kafedə həyat yoldaşını öldürdü Hadisə

Göyçayda ər arvadını qətlə yetirib.

News24.az xəbər verir ki, hadisə bu gün saat 16 radələrində rayonun Qarabaqqal kəndində yerləşən kafedə baş verib.

38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə T. İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (Report)