Göyçayda qəza: Maşın kanala aşdı
Hadisə
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, bu gün saat 10 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub. Daha sonra avtomobil su kanalına düşüb.
Hazırda maşının kanaldan çıxarılması istiqamətində tədbirlər görülür./APA/