Göyçayda kafe və avtoyuma məntəqəsi yanıb

Göyçayda kafe və avtoyuma məntəqəsi yanıb Hadisə


Göyçayda kafe və avtoyuma məntəqəsi yanıbGöyçayda kafe və avtoyuma məntəqəsi yanıb

Göyçay rayonunun Potu kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ərzaq mağazası, kafe və avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) kafenin və avtoyuma məntəqəsinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, ərzaq mağazası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.