Göygöldə 37 yaşlı kişi bıçaqlandı
Hadisə
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Camal Həmzəyev bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Adıçəkilən şəxsin kim və ya kimlər tərəfindən hansı şəraitdə bıçaqlandığı araşdırılır.