Göygöldə fermada yanğın oldu, xəsarət alan var
Hadisə
Göygöldə yanğın hadisəsi baş verib.
News24.az xəbər verir ki, rayon ərazisində fermada yanğınla bağlı əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. Yanğın zamanı fermada çalışan bir nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
Araşdırma aparılır.(APA)