Göygöldə qəza: xəsarət alanlar var

Göygöldə qəza: xəsarət alanlar var Hadisə

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. (APA)