Göygöldə torpaq sürüşməsi: ağac yola aşdı, hərəkət çətinləşdi

Göygöldə torpaq sürüşməsi: ağac yola aşdı, hərəkət çətinləşdi Hadisə

Göygöl rayonuna yağan güclü yağış yollarda çətinlik yaradıb. Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi yola tərəf uçub, iri ağac əraziyə aşıb.

News24.az xəbər verir ki, nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb.

Aparılan tədbirlərlə yolun hərəkət hissəsinə sürüşən torpaq qatı aidiyyəti qurumun əməkdaşları tərəfindən təmizlənib.

Avtomobillərin maneəsiz gediş-gəlişi təmin edilib. (Report)