Güclü külək ağacları aşırdı, evlərin damını zədələdi

Güclü külək ağacları aşırdı, evlərin damını zədələdi Hadisə

Bölgələrdə güclü külək bir sıra fəsadlara səbəb olub.

News24.az xəbər verir ki, küləyin təsiri nəticəsində Bərdə və Tərtər rayonlarında iri gövdəli ağaclar aşıb.

Ağacların aşması nəticəsində Bərdədə bir neçə evin dam örtüyünə ziyan dəyib.

Həmçinin ağacların yola aşması nəticəsində işıqlandırma dirəklərinə və elektrik naqillərinə zərər dəyib.

Güclü külək Ağdam rayonunun bir sıra kənd və qəsəbələrində də elektrik enerjisinin verilməsində fasilələr yaradıb.

Hazırda yaranmış fəsadların aradan qaldırılması və elektrik enerjisinin verilişinin bərpası istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir. (APA)

Güclü külək ağacları aşırdı, evlərin damını zədələdi Güclü külək ağacları aşırdı, evlərin damını zədələdi Güclü külək ağacları aşırdı, evlərin damını zədələdi