Güclü külək Bakıda fəsadlar törətdi

Güclü külək Bakıda fəsadlar törətdi Hadisə

Güclü külək Bakıda fəsadlar törədib.

News24.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, küləyin təsiri nəticəsində iri gövdəli ağac aşıb. Ağac yaxınlıqda park edilmiş minik avtomobilinin üzərinə düşüb. Hadisə zamanı ərazidən keçən qaz xətti də zədələnib.

Aidiyyəti qurumların əməkdaşlarının hadisə yerinə cəlb olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//report.az