Güclü külək bu şəhərdə ağacları aşırdı: - Xəsarət alanlar var

Güclü külək bu şəhərdə ağacları aşırdı: - Xəsarət alanlar var Hadisə


Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.

News24.az xəbər verir ki, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib. ("Report")