Güclü külək fəsadlar törətdi - Fotolar
Hadisə
Ağcabədidə əsən güclü külək şəhərdə bir sıra fəsadlar törədib.
News24.az xəbər verir ki, ötən gecə qeydə alınan güclü külək nəticəsində şəhər ərazisində irigövdəli ağac aşaraq “Mercedes-Benz” və “VAZ-2106” markalı avtomobillərin üzərinə düşüb.
Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Bundan başqa, şəhərin digər hissəsində küləyin təsirindən aşan ağac qaz və elektrik xətlərini qırıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır. (Bizim.Media )