Güclü maqnit qasırğası başladı

Güclü maqnit qasırğası başladı Hadisə

Yer kürəsində “G3” səviyyəli güclü maqnit qasırğası başlayıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, qasırğa proqnozlaşdırıldığından bir sutka gec başlayıb və gücünə görə bu ilin üçüncü ən böyük geomaqnit hadisəsidir.

Alimlər bildiriblər ki, Yerin maqnit sahəsi Günəşdən gələn plazma axınına təxminən bir gün tab gətirsə də, sonradan onun təsirinə məruz qalıb.

Laboratoriyada qeyd edilib ki, hazırkı maqnit qasırğası bu ilin ən uzunmüddətli hadisələrindən birinə çevrilə bilər.

Bununla yanaşı, alimlər vurğulayıblar ki, Günəşdə böyük ləkələr müşahidə olunsa da, hələlik çox güclü alışmalar qeydə alınmayıb.