Güclü zəlzələ oldu - Bu ölkədə
Hadisə
Qvatemalada 5,8 maqnitudalı zəlzələ baş verib.
News24.az xəbər verir ki, hadisə barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) yayıb.
Mərkəzin açıqlamasına əsasən, zəlzələnin episentri Takana şəhərindən 6 km şimal-qərbdə yerləşib, ocağı isə 140 km dərinlikdə olub.
Tələfat və ya dağıntı ilə bağlı hər hansı məlumat verilməyib.