Gürcüstanda 23 yaşlı azərbaycanlı qəfil öldü - FOTO

Gürcüstanda 23 yaşlı azərbaycanlı qəfil öldü - FOTO Hadisə

Gürcüstanda 23 yaşlı azərbaycanlı vəfat edib.

News24.az xəbər verir ki, Marneuli bələdiyyəsinin Təzəkənd sakini olan Mehdi Quliyev ürək tutması nəticəsində həyatını itirib.

Məlumata görə, gəncin evdə qəfil vəziyyəti pisləşib. Yaxınları təcili tibbi yardım çağırıblar.

M.Quliyevin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, onu öz avtomobilləri ilə xəstəxanaya aparmağa çalışıblar.

Həkimlərin müdaxiləsinə baxmayaraq, 23 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.