Gürcüstanda 23 yaşlı azərbaycanlının meyiti tapıldı - FOTO
Hadisə
Gürcüstanda azərbaycanlı gənc intihar edib.
News24.az xəbər verir ki, 23 yaşlı kənd sakini Emil Məmmədov yaşadığı evin həyətində həyatına son qoyub.
Məlumata əsasən, gənc xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müvafiq ekspertizanın aparılması üçün Rustavi şəhərinə göndərilib. Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub. Faktla bağlı araşdırma aparılır.