Gürcüstanda ağır qəza: Azərbaycanlı restoran sahibi öldü - Foto

Gürcüstanda ağır qəza: Azərbaycanlı restoran sahibi öldü - Foto Hadisə

Gürcüstanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Marneulidə “Daş sexləri” adlanan ərazidə qeydə alınıb.

Qəza nəticəsində Marneulidə fəaliyyət göstərən “JJB” restoranının sahibi, aşpaz Namiq Qocayev həyatını itirib.

İlkin məlumata görə, Namiq Qocayev avtomobildə tək olub və idarə etdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb. /Aktual.ge/

Gürcüstanda ağır qəza: Azərbaycanlı restoran sahibi öldü - Foto