Hacıqabulda ağır qəza - Yaralılar var

Hacıqabulda  ağır qəza - Yaralılar var Hadisə

Hacıqabulda baş verən qəzada 4 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşınlarının toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA