Hacıqabulda baş verən qəzada xəsarət alanların vəziyyəti ağırdır

Hacıqabulda baş verən qəzada xəsarət alanların vəziyyəti ağırdır Hadisə

Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (5 kişi, 4 qadın) avqustun 21-i saat 07:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, 1 nəfərin vəziyyəti ağır, 8 nəfərin isə vəziyyəti orta ağır qiymətləndirilir.