Hacıqabulda iki avtomobil toqquşub

Hacıqabulda iki avtomobil toqquşub Hadisə

Hacıqabulda iki minik avtomobili toqquşub.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Saatlı rayonunun Qıraqlı kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədova Ağabəyim Mişdaba qızı ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər sərnişin yüngül xəsarət aldığından ambulator yardım alıb.

Faktla bağlı araşdırma aparılır.