"Harri Potter"in aktyoru vəfat etdi - FOTO
Hadisə
“İndiana Cons və Son Səlib Yürüşü”, “Harri Potter və Ölüm Hədiyyələri: I Hissə” filmlərindəki rolları ilə tanınan britaniyalı aktyor Maykl Birn 82 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb. İyunun 20-də dünyasını dəyişən aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Maykl Birn 1943-cü il noyabrın 7-də Londonda anadan olub və aktyorluq karyerası təxminən 60 il davam edib.