Həbib Nurməhəmmədovun dövlətə 300 min borcu var
Hadisə
Keçmiş UFC döyüşçüsü Həbib Nurməhəmmədovun Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsində Nəzarət üzrə Federal Xidmətinə 300 min rubl borcu var.
News24.az xəbər verir ki, Nurməhəmmədov internetdə reklam yayımına görə məcburi ödənişləri etməyib. Buna görə də Həbibin bank hesablarının bloklanması riski yaranıb.
Məlumata görə, onun hesabları 2024 və 2025-ci illərdə də bloklanmışdı. /Mash/