Həbsdə olan məşhur reperlə bağlı yeni ittiham - Araşdırma başladı

Həbsdə olan məşhur reperlə bağlı yeni ittiham - Araşdırma başladı Hadisə

ABŞ-də Los-Anceles Prokurorluğu insan alveri və fahişəliyə cəlbetmə ittihamı ilə məhkum olunmuş amerikalı reper P. Diddy-yə (əsl adı - Şon Kombs) qarşı irəli sürülən yeni cinsi zorakılıq ittihamlarını araşdırır.

News24.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Söhbət 2020 və 2021-ci illərdə bir kişiyə qarşı törədildiyi iddia edilən hüquqpozmalardan gedir.

Müvafiq ifadələr Los-Anceles Prokurorluğuna 2025-ci ilin payızında təqdim olunub.

İttihamlar adının mətbuatda açıqlanmasına icazə verən publisist və musiqi prodüseri Conatan Hey tərəfindən irəli sürülüb.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında Nyu-York məhkəməsi reperi insanları fahişəliyə cəlb etməyə görə dörd ildən çox müddətə azadlıqdan məhrum edib.

Musiqiçinin müdafiə tərəfi 14 ay həbs cəzası istəsə də, prokurorluq 11 ildən çox həbs cəzasında israr edib.