Həkəri çayında batan kişinin meyiti TAPILDI
Hadisə
Zəngilanda çayda batan kişinin meyiti tapılıb.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu il iyulun 4-də Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 64 yaşlı Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib./Lent.az/