Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı
Hadisə
Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə cangüdəni arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.
News24.az xəbər verir ki, hadisə Bilgəh qəsəbəsinin Mirqasımov küçəsində yerləşən villada qeydə alınıb.
Məlumata görə, həkimin sürücüsü işləyən, 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə onun cangüdəni ilə mübahisə edib.
Mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Tərəflər arasında münaqişənin onlar evdə sərxoş vəziyyətdə olarkən baş verdiyi bildirilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.//teleqraf