Həmin üçəmlər məktəbə başladı - FOTOLAR

Həmin üçəmlər məktəbə başladı - FOTOLAR Hadisə

Altı il öncə, Vətən müharibəsinin ilk günü dünyaya gələn üçəmlər - Mehriban, Polad və Mübariz bu il məktəbə qədəm qoyublar.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onların məktəbli formasındakı fotoları sosial şəbəkələrdə paylaşılıb.

Hərbçi Nadir İbadovun ailəsində dünyaya göz açan oğlanlara qəhrəman döyüşçülərimizin şərəfinə Polad və Mübariz, qıza isə Mehriban adı verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu Nadir İbadov 5 illik övlad həsrətindən sonra ata olacağı xəbərini ön cəbhədə döyüşərkən (Murovdağ zirvəsinin azad olunduğu gün) almışdı.

Həmin üçəmlər məktəbə başladı - FOTOLAR Həmin üçəmlər məktəbə başladı - FOTOLAR Həmin üçəmlər məktəbə başladı - FOTOLAR