"Hər ay iki yetim uşağa baxan nənəyə pul göndərirdi"
Hadisə
Balakəndə dörd nəfərin ölümü ilə nəticələnən zəncirvari qəza zamanı həyatını itirən “Hyundai” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Məryəm Hoorsovanın fotosu yayılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Məryəm Hoorsova “Access Bank”ın Balakən rayon filialında çalışıb.
Məlumata görə, mərhum bank əməkdaşı xeyriyyə fəaliyyəti ilə də məşğul olub. O, hər ay maaşından 150 manat ayıraraq Bakıda yaşayan qızını və oğlunu yol qəzasında itirən, hazırda iki yetim nəvəsi ilə yaşayan xəstə nənəyə maddi yardım göstərib. Bundan əlavə, Məryəm Hoorsova imkanları daxilində uşaq evlərinə də müxtəlif yardımlar edib.
Xatırladaq ki, dünən Balakən rayonunun Katex kəndi ərazisində “Hyundai”, KIA və “Toyota” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, Məryəm Kamil qızı Hoorsova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüb, 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdilər.
Qeyd edək ki, ölənlərdən Y.Mütəllibov ailə baçısı, P.Məmmədova onun həyat yoldaşı, R.Mütəlibov isə onların övladıdır.