Hərbi fərari görün harada - tutuldu

Hərbi fərari görün harada - tutuldu Hadisə

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) 5 aylıq əsgər olan Erdem Y. (25) ötən il 5 günlük məzuniyyətlə məmləkəti Bursaya gəlib. Sərəncamının bitməsinə 25 gün qalmış Erdem Y. geri qayıtmayınca, barəsində “Hərbi Cəza Məcəlləsinə qarşı çıxmaq” cinayəti ilə həbs qərarı çıxarılıb.

News24.az xəbər verir ki, Erdem Y.-nin Yıldırım rayonunda internet kafedə olması barədə məlumat alan qruplar mülki geyimli polisləri ünvana istiqamətləndirib.

Erdem Y. mülki qrupların polis olduğunu anlayınca qaçmaq istəyib. Əsgər oyunu oynayarkən tutulan Erdem Y. ədliyyəyə sövq edilib.

Qeyd edək ki, Erdem Y. əməliyyatlarından sonra bölməsinə göndərilmək üçün Muradiye Əsgərlik Şöbəsinə aparılıb.

Günel Məlikzadə