Hərbi təcridxanada YANĞIN: 5 ölü, 7 yaralı

Hərbi təcridxanada YANĞIN: 5 ölü, 7 yaralı Hadisə


Rusiyanın Yakutsk şəhərində bölmələrini icazəsiz tərk etmiş hərbi qulluqçuların saxlandığı təcridxanada yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə Yakutiyanın operativ qərargahı regionun hərbi komissarlığına istinadən məlumat yayıb.

Nəticədə 5 nəfər ölüb, daha 7 nəfər yaralanıb

Yanğın 3 saatdan sonra söndürülüb.

Zərərçəkənlər xəstəxanadadır, onlara bütün lazımi tibbi yardım göstərilir.