Hərbi təyyarə qəzaya uğradı - Bu ölkədə

Hərbi təyyarə qəzaya uğradı - Bu ölkədə Hadisə

Filippində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, Filippin Hərbi Hava Qüvvələrinə məxsus SF260 tipli təlim təyyarəsi Benqet əyalətinin Tuba qəsəbəsində dağlıq və meşəlik əraziyə düşüb.

Hadisə nəticəsində təyyarədə olan 2 hərbçi yaralanıb.

Bildirilib ki, təyyarə Batangas şəhərində yerləşən Fernando aviabazasından havaya qalxıb və son dəfə Loakan hava limanı yaxınlığında radarlarda görünüb. Daha sonra isə əlaqə kəsilib.

Əraziyə göndərilən xilasedici qruplar yaralıları təxliyə edib. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.