Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirildi
Hadisə
Mərhum aktyor, SSR Əməkdar artist Həsən Əblucun həyat yoldaşı xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu haqda onun rejissor qızı Elnaz Əbluc məlumat yayıb.
“Heç olmasa indi Həsən Əblucun ailəsinə kömək edilsin. Anam qalib halsız evdə ortalıqda” - deyə Elnaz bildirib.
Qızı daha sonra anasının xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Elnaz Əbluc axşam.az-a açıqlamasında deyib ki, anası hazırda klinikadadır:
“İllərdir anama necə qulluq edirəm. Mən onu hər dəfə reabilitasiya mərkəzinə aparıram. Karyeramdan belə anama görə vaz keçmişəm. Anamın qanında zəhərlənmə olub, heç bir xəstəxana qəbul etmirdi, yemirdi, içmirdi, koma halında idi. Ona görə yardım istədim, dedim qəbul edəcək klinika olsun. Ac, susuz bu mənada dedim ki, səhhətinə görə yeyə bilmir. Anama elə baxıram ki, heç bir övlad anasına bunu etməz”.