Həsrət Məmmədyarov vəfat etdi
Hadisə
Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib.
News24.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 67 yaşlı Əməkdar məşqçi bu gün dünyasını dəyişib.
1959-cu il fevralın 1-də Ağsu rayonunda anadan olan Məmmədyarov uşaq yaşlarından sərbəst güləşlə məşğul olmağa başlayıb. O, dəfələrlə SSRİ və Azərbaycan çempionatlarının qalibi, SSRİ Silahlı Qüvvələrinin çempionu olub, həmçinin veteranlar arasında üçqat dünya çempionu titulunu qazanıb.
Mütəxəssis 2008-ci ildən sərbəst və qadın güləşi üzrə müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarında çalışıb. Məşqçinin fəaliyyəti dövründə pəhləvanlar dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında müxtəlif əyarlı medallar əldə ediblər.
Qeyd edək ki, səmərəli fəaliyyətinə görə "Əməkdar məşqçi" fəxri adına layiq görülən Həsrət Məmmədyarov "Tərəqqi" medalı ilə də təltif olunub.