Şəhid xanımı qətlə yetirildi, qayınatası saxlanıldı – FOTO
Hadisə
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.
News24.az xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.
Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb.
Qeyd edək ki, qətli törədən Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşıdır. (APA)
Fotoda: Şəhid Səxavət Məmmədov