Hövsanda mağaza uçdu, xəsarət alan var

Hövsanda mağaza uçdu, xəsarət alan var Hadisə

Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində mağazada uçqun baş verib.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Miriyeva Gülnar Məhəmməd qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.