Hüseyn Həsənov barəsində həbs qərarı verildi

Hüseyn Həsənov barəsində həbs qərarı verildi Hadisə

Rusiya məhkəməsi azərbaycanlı bloger Hüseyn Həsənovu çirkli pulların yuyulması işi üzrə qiyabi olaraq 4 il müddətinə həbs edib.

News24.az xəbər verir ki, Həsənov həmçinin 1 milyon rubl cərimə ödəməyə məhkum olunub.

Hökm Moskvanın Presnenski Rayon Məhkəməsi tərəfindən çıxarılıb.

Məhkəmənin qərarı ilə Həsənovun paytaxtın həmin rayonunda yerləşən qeyri-yaşayış sahəsi də müsadirə olunub.

İstintaqın məlumatına görə, bloqerin bir neçə il ərzində 170 milyon rubl vergi borcu yığılıb, həmin vəsaitin 68 milyon rublunu isə "Moskva-Siti" kompleksində mənzil alışı vasitəsilə leqallaşdırıb.

Həsənov daha əvvəl bütün vergi borclarını ödədiyini bildirib, irəli sürülən ittihamları qəbul etməyib.

Məlumata görə, hazırda bloqer Birləşmiş Ərəb Əmirliklərində yaşayır və 2025-ci ilin may ayından beynəlxalq axtarışa verilib.

Onun Rusiyadakı son şirkəti – "Banda Foods" 2025-ci ilin payızında vergi orqanları tərəfindən bağlanıb.

Şirkət 2023-cü ildə Hüseyn Həsənovun restoran biznesinə başlamaq cəhdi çərçivəsində yaradılmışdı.

Lakin biznes qısa müddətdə uğursuzluğa düçar olub. Məlumata görə, bloqer sonradan biznes tərəfdaşlarını da yarı yolda qoyub.