Hüseyn Həsənov yenidən axtarışa verildi
Hadisə
Azərbaycanlı bloqçu Hüseyn Həsənov Rusiya ərazisində yenidən federal axtarışa verilib.
News24.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin bazasında yerləşdirilib.
Həsənova xüsusilə böyük məbləğdə vəsaitlərin leqallaşdırılması (yuyulması) maddəsi üzrə qiyabi ittiham irəli sürülüb.
Qeyd edək ki, bu ilin aprel ayında Moskvanın Çertanovski Məhkəməsi bloqçu barəsində iki aylıq qiyabi həbs qərarı çıxarmışdı. Həmin vaxt o, beynəlxalq axtarışa da verilib.
İstintaqın versiyasına görə, 2019–2021-ci illərdə Həsənov 170 milyon rubldan çox vergi ödənişindən yayınaraq, həmin vəsaitin 20 milyon rublundan çoxunu maliyyə əməliyyatları vasitəsilə leqallaşdırıb.
2024-cü ilin iyununda Rusiya Federal Vergi Xidməti vergi borcuna görə bloqerə qarşı məhkəmə iddiası qaldırıb və onun bank hesabları dondurulub.