"Hyunday Santafe" ilə toqquşan mikroavtobus qarşı yola düşdü - YENİLƏNDİ
Hadisə
Bu gün Bakı-Qazax avtomobil magistralının Hacıqabul rayonu ərazisində baş verən qəzanın nəticələri aradan qaldırılıb.
News24.az xəbər verir ki, maşınlar ərazidən təxliyə edilib.
***
Bu gün Bakı-Qazax avtomobil magistralının Hacıqabul rayonu ərazisində ağır avtomobil qəzası baş verib.
News24.az xəbər verir ki, "Hyunday Santafe" markalı maşınla "Mercedes" markalı mikroavtobus toqquşub.
Zərbənin təsirindənidarəetməni itirən mikroabtobus hündür maneələrin üstündən aşaraq qarşı yola düşüb.
Hadisə nəticəsində xəsarət alanların olduğu deyilir.
AYLİN
