"İçərişəhər"in gələcək nəsillərə ötürülməsi Heydər Əliyevin adı ilə bağlıdır

"İçərişəhər"in gələcək nəsillərə ötürülməsi Heydər Əliyevin adı ilə bağlıdır Hadisə

"İçərişəhər"in qorunması və  tarixi irs kimi gələcək nəsillərə ötürülməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 

News24.az-ın məlumatına görə, bunu İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Şahin Seyidzadə "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri Beynəlxalq Konfransında bildirib:

O həmçinin rəhbərlik etdiyi qoruğun mühafizəsi sayəsində görülən işlərdən danışıb:

"Konservasiya və inkişaf məqsədlərinə nail olmaq məqsədilə 2007-ci ilə İçərişəhərin baş planı qəbul edilib. Əsas məqsədimiz həm İçərişəhərin, eləcə də qeyri-maddi, mədəni irsin qorunmasıdır. Qarşımızda qurumun əsas prioriteti kimi həm də burada yaşayan sakinlərin layiqli həyat səviyyəsinin təmin edilməsi də dayanır".

Fərid Azəri


"İçərişəhər"in gələcək nəsillərə ötürülməsi Heydər Əliyevin adı ilə bağlıdır