İdmançıları daşıyan avtobus ağaca çırpıldı: Ölən və yaralılar var - Bu ölkədə
Hadisə
Macarıstanda idmançıları daşıyan avtobusun ağaca çırpılması nəticəsində sürücü həlak olub, 23 nəfər yaralanıb.
News24.az xəbər verir ki, avtobusda 19 idmançı, 3 məşqçi və 6 valideyn olub. Yaralananların hamısı xəstəxanaya çatdırılıb. İki məşqçinin vəziyyətinin ağır olduğu, bir idmançının isə bud sümüyünün sındığı bildirilir.
Polis qəzanın səbəbinin araşdırıldığını açıqlayıb. // HaberGlobal