İki məktəblini öldürən sürücü tutuldu

İki məktəblini öldürən sürücü tutuldu Hadisə


Zaqatalada 2 məktəblinin öldüyü, digərinin xəsarət aldığı yol qəzasını törədən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən News24.az-a bildirilib ki, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.