İki nəfər göldə boğuldu - Biri uşaqdır

İki nəfər göldə boğuldu - Biri uşaqdır Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.