Şimali Kiprdə gəmi batıb - Ölənlər var

Şimali Kiprdə gəmi batıb - Ölənlər var  Hadisə

Şimali Kiprdə gəmi faciəsi ilə bağlı 8 nəfər saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Baş nazir Ünal Üstel məlumat verib.

Saxlanılanlar arasında gəminin kapitanı və 7 əməkdaş var.

***

Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.

News24.az xəbər verir ki, indiyə qədər 242 nəfər xilas edilib, 8 nəfər ölüb.

17 nəfərin axtarışı davam etdirilir.

***

saat 18.36

Şimali Kipr sahillərində yan tərəfə yatan, daha sonra tərsinə çevrilən gəmi tam batıb.

News24.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümheriyyətinin nəqliyyat naziri Erhan Arıklı məlumat verib.

Nazir deyib ki, xilas edilən 237 nəfərdən 161-i xəstəxanaya yerləşdirilib, 76 sərnişin ailələri ilə görüşüb.

Erhan Arıklı qeyd edib ki, gəminin batma səbəbi “qara qutu” tapıldıqdan sonra öyrəniləcək.