İmişli sakini dəm qazından zəhərlənib
Hadisə
İmişli rayonunda yeniyetmə dəm qazından zəhərlənib.
News24.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.
Kənd sakini, 2007-ci il təvəllüdlü G.Rüstəmova hamam otağında dəm qazından zəhərlənib.
Zəhərlənən şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.