İmişlidə bədbəxt hadisə

İmişlidə bədbəxt hadisə Hadisə

İmişli rayonunda ustanın xəsarət alması ilə nəticələnən hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə saat 17:00 radələrində İmişli rayonu Məzrəli kəndində qeydə alınıb.

Qoşqulu yük maşınında şin təmiri zamanı partlayış baş verib və usta xəsarət alıb.

Xəsarət alan şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.(azertac)