İmişlidə ticarət obyektində yanğın başladı
Hadisə
İmişli rayonunda dörd ticarət obyektində yanğın başlayıb.
News24.az xəbər verir ki, hadisə şəhərin Nəcməddin Savalanov küçəsində yerləşən sakinlərə məxsus ticarət obyektlərində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvələri cəlb olunub.(report)
İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən obyektdə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə News24.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.